Bakıda yanan binada xəsarət alanların adları məlum oldu SİYAHI


Digərləri 11 Apr 2019 09:55:34 243 0

Bakıda yanan binada xəsarət alanların adları məlum oldu  SİYAHI

Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Məstanov Kazım Sevindil oğlu yanğından xilas olmaq üçün özünü binanın ikinci mərtəbəsindən atıb. Hadisə nəticəsində o, döş qəfəsinin əziyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində ayağı kəsilən 1989-cu il təvəllüdlü Qasımova Şəhanə Balaqardaş qızıdır. Tüstüdən zəhərlənən 1981-ci il təvəllüdlü Hüseynov İsmayıl Sovet oğlu, 1979-cu il təvəllüdlü Həsənov Elmidar Xanoğlan oğlu, 1985-ci il təvəllüdlü Mehdiyev Baba Zahid oğluna isə yerində tibbi yardım göstərilib.