Deputat: "Vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir"


Digərləri 11 Apr 2019 09:49:00 216 0

Deputat: "Vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir"

Fransanın nüfuzlu "Opinion Way" sorğu mərkəzinin Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi geniş rəy sorğusunda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün istiqamətlər üzrə respondentlər tərəfindən yüksək qiymətləndirilməsi hər şeydən öncə dövlətimizin başçısının həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, əsas məsələlərə rəy bildirənlərin təqribən 90 faizi ölkə başçısının fəaliyyətini müsbət qiymətləndirib:

"Əslində cəmiyyətimizi sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi. Bu kontekstdə önə çıxan başlıca məsələrdən biri də Prezident İlham Əliyevin ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı fəaliyyətinin respondentlər tərəfindən yüksək qiymətləndirilməsidir. Bu cür yanaşma sıravi azərbaycanlının srateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkündür. İkinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da regionlarımızın inkişafı daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təhcizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s."