Bakıda yanan binada xəsarət alanların adları məlum oldu - SİYAHI


Digərləri 11 Apr 2019 09:49:26 167 0

Bakıda yanan binada xəsarət alanların adları məlum oldu - SİYAHI

Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Bakı. Samir Əli - Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub. Trend-ə daxil olan məlumata görə, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Məstanov Kazım Sevindil oğlu yanğından xilas olmaq üçün özünü binanın ikinci mərtəbəsindən atıb. Hadisə nəticəsində o, döş qəfəsinin əziyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.