Şahdağ və Hirkan Milli Parklarında “Çex modeli” üzrə nişanlanma işləri aparılıb


Digərləri 11 Apr 2019 09:25:00 203 0

Şahdağ və Hirkan Milli Parklarında “Çex modeli” üzrə nişanlanma işləri aparılıb

2-7 aprel tarixlərində Şahdağ və Hirkan Milli Parklarında çex mütəxəssisləri tərəfindən milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treninqlər keçirilib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparılıb.

Bakı. Samir Əli - 2-7 aprel tarixlərində Şahdağ və Hirkan Milli Parklarında çex mütəxəssisləri tərəfindən milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treninqlər keçirilib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bir çox ölkələrdə tətbiq olunan “çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır. Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamasına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.