Sudanda hərbi çevriliş olacaq?


Dünya 11 Apr 2019 09:04:00 233 0

Sudanda hərbi çevriliş olacaq?

Sudan ordusu yaxın zamanda təcili bəyanatla çıxış edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı xəbər verir.

Bildirilir ki, ölkənin paytaxtı Xartumnan hərbi çevriliş haqqında məlumatlar daxil olur.

Telekanalın məlumatına əsasən, hazırda Xartumda Sudan ordusunun baş komandanlığının təcili iclası keçirilir. Prezident Ömər əl-Bəşir iclasda iştirak etmir.