Kill This Love Youtubeda rekord vurdu VİDEO


Digərləri 11 Apr 2019 08:51:00 298 0

Kill This Love Youtubeda rekord vurdu  VİDEO

K-pop qrupu Blackpink-in son mahnısı - Kill This Love Youtube-də yalnız 3 gün içində 100 milyon izlənməyə çataraq ən sürətli 100 milyon izləyicisi olan mahnı rekordunu qırdı.

K-pop-un yüksəlişi qarşısıalınmaz bir şəkildə davam edir. Qadın K-pop qrupu Blackpink-in 4 aprel tarixindən etibarən yayımlanan yeni mahnısı Kill This Love Youtube-də rekord üstünə rekord qırmağı bacardı. Yalnız 5 gün əvvəl yayımlanan mahnı belə bir qısa müddətdə 134 milyon izlənməyə çatdı.

Son.az chip.az-a istinadən bildirir ki, ilk 24 saat içində 56,7 milyon izlənməyə çatan video, Youtube tarixinin ən sürətli izləyici kütləsinə sahib mahnısı kimi qeydiyyatdan keçərkən, yükləndikdən yalnız 3 gün sonra 100 milyon izlənmə sayına çataraq 100 milyon izlənməyə ən qısa müddətdə çatan mahnı rekordunu da qırdı.

Qeyd edək ki, Youtube-də 24 saat içində ən çox izlənən mahnı rekordu Blackpink-in Kill This Love mahnısına qədər Ariana Grande-nin Thank u, next adlı mahnısına məxsus idi. İlk 24 saat ərzində 55.4 izlənən mahnı həmçinin, eyni zamanda izlənmə rekordunu da sındırmağı bacarmışdı. Thank u, next mahnısı, 829.000 nəfər tərəfindən eyni anda izlənmişdi.