North, Focals adlı ağıllı eynəklərinə yeni özəlliklər əlavə etdi


Digərləri 11 Apr 2019 08:59:00 214 0

North, Focals adlı ağıllı eynəklərinə yeni özəlliklər əlavə etdi

Huawei və Apple-nin ağıllı eynəklərindən sonra bazarda bu məhsulların sayı gündən-günə artır.

Hazırda inkişaf etdirdikləri ağıllı eynəkləri satan şirkətlər, eynəklərə yeni funksiyalar əlavə etməyə davam edirlər. ABŞ-da fəaliyyət göstərən smart gözlük istehsalçısı North keçən il elan etdiyi smart gözlük Focals istifadəçi təcrübəsini artırmaq üçün yeni xüsusiyyətlər artırır.

Son.az chip.az-a istinadən bildirir ki, çıxardığı Focals adlı ağıllı eynəklərlə adından söz etdirən North, istifadəçilərdən gələn geri bildirişlər istiqamətində cihazlarına ehtiyac duyulan bəzi xüsusiyyətlər əlavə etdiyi bir yeniləməni təqdim etdi. Focals adlı eynəklərə Spotify kimi musiqi platformalarında mahnı məlumatlarının göstərilməsi, mahnılar arası keçid və səs səviyyəsi kimi idarə etmələr gətirən yeniləmə, istifadə təcrübəsini yaxşılaşdıracaq bəzi maraqlı xüsusiyyətləri də cihazlara əlavə etdi.

Daha öncə gələn ismarıcları oxuya bilməyə və anlıq hava proqnozlarını izləməyə imkan tanıyan ağıllı eynəklər, Uber-in istifadə edildiyi ölkələrdə bu xidmətdən yararlanmanız və getdiyiniz istiqamətə uyğun naviqasiya dəstəyi ala bilməniz üçün bəzi xüsusiyyətlərlə qarşımıza çıxmışdı. İstifadəçilərin ehtiyaclarına istiqamətli yeni xüsusiyyətlər əlavə Focals, artıq kütləvi nəqliyyat vasitələrini istifadə üçün də gedilən istiqamətə doğru atılması lazım olan hər addımı göstərən bir naviqasiya dəstəyi təqdim edəcək.