Huaweinin Apple üçün 5G dəstəkli çiplər istehsal edəcək?


Digərləri 11 Apr 2019 08:41:00 252 0

Huaweinin Apple üçün 5G dəstəkli çiplər istehsal edəcək?

5G dəstəkli iPhone məsələsində sıxıntı yaşayan Apple-nin problemlərinin həlli ünvanı Huawei ola bilərmi?

Çox da ehtimal daxilində olmasa da ortaya atılan bir şayiəyə görə, Huawei Apple-nin 5G modem tədarükçüsü ola bilər.

Son.az chip.az-a istinadən bildirir ki, Engadget-in yayımladığı xəbərə görə, öz prosesssor və modem çiplərini istehsal edən Huawei şirkəti bu avadanlıqlarını Apple-ə sata bilər. 5G Balong 5000 çip setini inkişaf etdirən Huawei, daha əvvəl verdiyi açıqlamalarda rəqiblərinə bu istiqamətdə tədarükü etməyəcəyini söyləmişdi, ancaq, Engadget-ə məlumat verən bir mənbə, Huawei-nin 5G çip-lərini satmağa artıq açıq olduğunu amma, bunun yalnız Apple üçün keçərli olduğunu bildirib.

Apple-nin 5G telefon istehsalı məsələsində problemlər yaşadığı son zamanlarda tez-tez gündəmə gələn bir məsələdir. Şirkət, 5G dəstəkli iPhone-ni 2020-ci ilə qədər çıxaracağını desə də Apple-nin Intel, 5G LTE çipləri o vaxta qədər hazır olmaya bilər.