Teslanın avtonom sürücü sistemi yollardakı çuxurlardan yayına biləcək


Digərləri 11 Apr 2019 08:46:00 200 0

Teslanın avtonom sürücü sistemi yollardakı çuxurlardan yayına biləcək

Elon Musk Tesla-nın avtonom sürücü pilotunun yollardakı çuxurlardan yayına biəcəyini iddia edir.

Şose yollardakı çuxurlar təkərlərə və nəqliyyat vasitələrinə zərər vura, həmçinin qəzalara səbəb ola bilər. Xüsusən avtomatik idarə sisteminə sahib avtomobillərdə bu diqqət edilməsi vacib olan amillərdəndir. Çünki,sürücülər bu sistemlə yola çıxarkən nədənsə, yatmağa üstünlük verirlər.

Son.az chip.az-a istinadən bildirir ki, Tesla CEO-u Elon Musk şirkətin avtomatik idarə olunan pilotunun daha inkişaf etmiş bir hala gətirilməsi ilə əlaqədar bir açıqlama verərək, əvvəl-axır Tesla avtomobilləri yollardakı çuxurlardan yayına biləcək.