Şimali Koreya bitcoin oğurlayaraq nüvə istehsalını artırır


Digərləri 11 Apr 2019 08:35:00 261 0

Şimali Koreya bitcoin oğurlayaraq nüvə istehsalını artırır

Şimali Koreyanın nüvə bomba istehsalı üçün hacker istifadə edərək birjalardan kripto pul oğurladığı aşkarlandı.

Bildiyiniz kimi Şimali Koreya dünyanın ən maraqlı ölkələrindən biridir. Qapalı bir ölkə olan Şimali Koreya dünyada Kim Jong Un tərəfindən alınan qərarlarla daim gündəmdədir. Amerika ilə müharibə nöqtəsinə gələn ölkə nüvə silahı istehsal edir və zamanla raketlərini sınaqdan keçirir. Bu testlər digər dövlətlər tərəfindən müsbət qarçılanmır.

Son.az chip.az-a istinadən bildirir ki, APT 38 olaraq bilinən və Şimali Koreya tərəfindən dəstəklənən bir hacker qrup kripto pul bazarlarından 1 milyard dollar dəyərində kripto sikkə oğurladı. Bu oğurlanmış pulun nüvə silahlanmasınaayrıldığı müəyyən edilib.