ABŞ Somaliyə qarşı sanksiyaların müddətini uzadıb


Digərləri 11 Apr 2019 08:37:48 208 0

ABŞ Somaliyə qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp 2010-cu ildə somaliyə qarşı tətbiq edilən və 2012-ci ildə Barak Obamanın administrasiyası tərəfindən genişləndirilən sanksiya rejiminin müddətini uzadıb

Bakı. ABŞ prezidenti Donald Tramp 2010-cu ildə somaliyə qarşı tətbiq edilən və 2012-ci ildə Barak Obamanın administrasiyası tərəfindən genişləndirilən sanksiya rejiminin müddətini uzadıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir. Məlumatda bildirilir ki, 2010-ci ildə Somaliyə qarşı "fövqəladə vəziyyət" rejimi ölkədə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və davam edən zorakılıq, Somali sahilləri yaxınlığında piratçılıq və silahlı soyğunçuluq aktları səbəbindən tətbiq edilib: "2012-ci ildə "Aş-Şabab" qruplaşmasının əsas gəlir mənbələrindən biri olan kömür ixracının, büdcədən oğurluqların və Somalinin mülki əhalisinə qarşı bəzi zorakılıq aktlarının qarşısının alınması üçün ABŞ prezidentinin fərmanı ilə sanksiyalar genişləndirilib".