SpaceX yeni Falcon Heavy Block 5ə aid ilk görüntüləri yayımladı VİDEO


Digərləri 11 Apr 2019 08:15:00 265 0

SpaceX yeni Falcon Heavy Block 5ə aid ilk görüntüləri yayımladı  VİDEO

SpaceX yeni raketi Falcon Heavy Block 5-ə aid ilk rəsmi materialları təqdim etdi. Şirkət raketin video və fotoşəkillərini yayımladı.

Son.az chip.az-a istinadən bildirir ki, SpaceX-in Falcon raket ailəsinin yeni üzvü olan Falcon Heavy Block 5-in son işləri də tamamlandı. Kosmik araşdırmaları özəl sektora yönəltmək üçün çox işlər görən şirkət, yeni raketin təqdimatı üçün bəzi görüntülər yayımladı.

Aprel ayında 24 - 48 saat arasında bir vaxtda SpaceX texnik işçiləri və mühəndisləri tərəfindən həyata keçirilən birləşmə prosesi sona çatdı. Falcon Heavy Flight 2-nin yekun inteqrasiyası, yan pervanələrin mərkəzə bağlanması və raketin yuxarı gövdəsinin daxili çərçivəyə bağlanması başa çatdırıldı. Daha sonra kranlar tərəfindən qaldırılan 75 tonluq raket Pad 39A başlanğıc- fırlatma yerində qalxma rampasına (qurğu) diqqətlə yükləndi. Bu rampa yanacaq yükləməsi edə və raketin şaquli və ya üfüqi vəziyyətə gətirə bilir. Roket, TSİ 10 aprel 2019-cu il tarixində saat 00:35-də fırladılacaq.

Falcon Heavy-nin eksklüziv birləşmə videosunun xaricində, SpaceX də bütün zamanların ən təsirli Falcon fotoşəkillərindən birini paylaşdı. Bu 4K keyfiyyətli fotoşəkildə Falcon Heavy-nin 27 Merlin 1D mühərriki görünür. Bu mühərriklər 2,550 tondan çox itələmə gücü istehsal edir.