Qlobal mobil telefonlar bazarında durğunluq gözlənilir


Digərləri 11 Apr 2019 08:01:00 202 0

Qlobal mobil telefonlar bazarında durğunluq gözlənilir

"Gartner"in analitikləri yaxın bir neçə ildə qlobal mobil telefon bazarında durğunluq olacağını proqnozlaşdırırlar. Gözləntilərə görə, 2019-cu ildə qurğuların tədarük həcmi 0,5% azalaraq 1,8 milyard təşkil edəcək.   Son.az ICTnews-a istinadən bildirir ki, 2020-ci ildə sözügedən bazarda qısa müddətə müsbət dinamika qeydə alınacaq: mobil telefonların qlobal tədarük həcmi 1,2% artaraq 1,82 milyard olacaq. Ancaq 2021-ci ildə bu göstərici yenidən 1,8 milyarda düşəcək.   Mütəxəssislərin gözləntilərinə görə, 2023-cü ilədək telefonlardan orta istifadə müddəti 2,8 ilədək artacaq.