Mövzusu hazırda bəlli olmayan növbəti Marvel filmi ekranlaşdırılacaq


Digərləri 11 Apr 2019 08:05:00 247 0

Mövzusu hazırda bəlli olmayan növbəti Marvel filmi ekranlaşdırılacaq

Marvel Studios Avstraliyada yeni bir film çəkəcək. Filmin hansı qəhrəmana aid olacağı məlum deyil.

Son.az chip.az-a istinadən bildirir ki, Avstraliyanın İncəsənət və Əlaqə naziri Mitch Fifield və New South Wales İncəsənət naziri Don Harwin tərəfindən verilən açıqlamaya görə Sidneydə yeni bir Marvel filmi çəkiləcək. Onlar filmi "Untitled Marvel Studios Feature Film" kimi təsvir edirlər.

Çəkilişlər Avstraliyanın Fox stüdyosunda və müxtəlif  bölgələrində aparılacaq. Qeyd edək ki, bu Avstraliyada ekranlaşdırılan ilk film deyil.