“Apple” korporasiyası “iTunes”dən imtina etmək istəyir


Digərləri 11 Apr 2019 07:21:00 183 0

“Apple” korporasiyası “iTunes”dən imtina etmək istəyir

"Apple" korporasiyası "iTunes" xidmətindən imtina etməyi planlaşdırır. Bu haqda "iOS" tərtibatçısı Stiv Trout Smitə istinadən "Ferra" portalı məlumat yayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, sözügedən xidmət istifadəçilər üçün əlverişsiz olub, çünki olduqca müxtəlif məzmundan ibarətdir ki, bu da xidmətdən istifadəni çətinləşdirir. Bundan başqa, onun sözlərinə görə, "Apple TV+" xidmətinin elanı da "iTunes"dən imtina edilməsinə səbəb ola bilər. Şirkət bütün film və şouları "Apple TV" üçün proqrama daşımaq, başqa məzmun kateqoriyaları üçün ayrı-ayrı proqramlar hazırlamaq niyyətindədir.