Kolumbiya Universitetində Türkiyə-Azərbaycan Araşdırma Mərkəzi yaradılıb (FOTO)


Digərləri 10 Apr 2019 23:55:00 226 0

Kolumbiya Universitetində Türkiyə-Azərbaycan Araşdırma Mərkəzi yaradılıb (FOTO)

“Türkiyə - Azərbaycan Araşdırma Mərkəzi”nin açılış mərasimi keçirilib.

Bakı. Kolumbiyanın Eksternado Universitetində Azərbaycan və Türkiyənin Kolumbiyadakı səfirlikləri, eləcə də Universitet rəhbərliyinin birgə səyləri nəticəsində yaradılan “Türkiyə - Azərbaycan Araşdırma Mərkəzi”nin açılış mərasimi keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, açılış mərasimində sözügedən Universitetin rektoru Xuan Karlos Enao Perez, Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk, Azərbaycanın Boqotadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov, Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin Direktoru Xuan Qiyermo Kastro Benneti, Kolumbiya Milli Arxiv İdarəsinin direktoru Enrike Serrano, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi (ProColombia) və Elmlər Akademiyası nümayəndələri ilə yanaşı digər ali məktəblərin professorları və KİV-in nümayəndələri iştirak ediblər. Açılış mərasimini açan Universitet rektoru Xuan Karlos Enao Azərbaycanın yerləşdiyi strateji məkanı, təbii resursları, enerji siyasəti, nəhəng layihələri və ciddi nailiyyətləri haqqında danışıb, ölkəmizin dinamik inkişafı ilə regionun ən güclü dövlətinə çevrildiyini qeyd edib.