Sidikdə zülalın normadan çox olması nədən xəbər verir?


Digərləri 10 Apr 2019 23:38:00 335 0

Sidikdə zülalın normadan çox olması nədən xəbər verir?

Zülal insan orqanizminin əsas tikinti materialıdır. Zülal molekulları bütün bioloji mayelərin tərkibində müəyyən miqdarda olur. Bu miqdarın artması və ya azalması orqanizmin hər hansı bir funksiyasının pozulmasından xəbər verir. 

Son.az medicina.az-a istinadən sidiyin tərkibində olan zülalin miqdarının normadan artıq olmasının səbəblərini açıqlayır: 

Sidiyin laborator analizi çox əhəmiyyətli bir göstəricidir. 

Sidik qandan süzülərək böyrəklərdə formalaşır. Onun tərkibində çox az miqdarda zülal hissəcikləri ola bilər. 

Sidiyin tərkibində 0.033 qr/l miqdarda zülalın olması normaldır. 

Sağlam insanların sidiyində müəyyən bir zaman periodunda zülalın artıq miqdarda olması təhlükəli deyil. 

Bir çox hallarda sidikdə zülalın artıq miqdarda olması böyrək səbəbindən və böyrəkdə aslı olmayan səbəblərdən yaranır. 

Sidikdə zülalın miqdarının artıq olmasının bir çox patoloji səbəbləri var: 

• İdeopatik qlomerulonefrit

• Böyrəklərin polikistozu

• Böyrəklərin amiloidozu

• Qlomeruloskleroz 

• Böyrək vərəmi

• Lupus nefrit 

• Kəskin kanal nekrozu   • Böyrək venalarının nekrozu