Limon pəhrizi: çəkinizi azaldın və toksinlərdən azad olun


Digərləri 10 Apr 2019 23:19:00 270 0

Limon pəhrizi: çəkinizi azaldın və toksinlərdən azad olun

Limon pəhrizi çəkini azaldır, orqanizmi təmizləyir. 

Orqanizmin pH səviyyəsini təbii yolla normada saxlamaq üçün bədənin turşuluğunu azaltmaq tələb olunur. 

Son.az medicina.az-a istinadən bildirir ki, limonun tərkibində 10% karbohidrat, 88-89% su, 1-2% zülal və yağ, vitaminlər və minerallar var. 

Bir limon gündəlik vitamin normasının 59%-ni təmin edir. Bu isə immunitetin artması, orqanizmin normal funksiyası və dərinin sağlamlığı üçün çox əhəmiyyətlidir.  

1. Ürək-damar xəstəliklərind'n qoruyur   

Limon xolesterin səviyyəsini azaldaraq, insult riskini aşağı salır. Limon yağı pis xolesterini oksidləşmədən qoruyaraq ürək xəstəliklərin inkişafının qarşısını alır.  

2. Böyrəklərdə daş yaranmasının qarşısını alır 

Limonun tərkibində çox miqdarda limon turşusu var. Bu maddə diurez, yəni böyrəklərdə daş əmələgəlmə prosesinin qarşısını alır. Limon turşusu, həmçinin, öd kisəsində də daş yaranmasının qarşısını alır. 

3. Anemiyanın aradan qaldırır   

Limonun tərkibində dəmirin miqdarı azdır. Amma C vitamininin bol olması, onun digər qidaların tərkibində olan dəmiri bədənə sovurmasını təmin edir.    5. İmmuniteti möhkəmləndirir    Antioksidantlar və vitaminlər tək immunitet sistemini möhkəmləndirmir, həm də bir sıra ciddi xəstəliklərin qarşısını alır. 

6. Qaraciyəri təmizləyir 

Limon qaraciyərdən toksinləri təmizləyir. Beləliklə də qaraciyərin zədələnməsinin qarşısını alır.