15 yaşlı qızı maşın vurdu


Digərləri 10 Apr 2019 22:11:00 212 0

15 yaşlı qızı maşın vurdu

Göyçayda azyaşlı qızı avtomobil vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun mərkəzində baş verib.

Rayonun Şəadət kənd sakini, 2004-cü il təvəllüdlü Əliyeva Aynaz Toğrul qızı küçədə yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.