Quru meyvələrin faydası


Digərləri 10 Apr 2019 22:05:00 299 0

Quru meyvələrin faydası

Təkcə təzə deyil, quru meyvələrin yeyilməsinin də insan sağlamlığına müsbət təsiri danılmazdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, elmi araşdırmalar nəticəsində məlum olub ki, tərkibi A vitamini ilə zəngin qaysı stress və qan azlığını aradan qaldırır, dəridəki problemlərə yaxşı təsir göstərir. Gündə 5 ədəd qaysı yemək ürək damarları və sinir sistemi üçün faydalıdır.

Enerji mənbəyi olan kişmiş bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi də istifadə olunur.

Alma qurusu da sağlamlıq üçün çox xeyirlidir. Hər gün bir ovuc alma qurusu yorğunluğu aradan qaldırır.


Xəbərə aid fotolar