"Hərdən adlar, sözlər yaddan çıxırdı... Çay içəndə fincanı bir tərəfə əyirdim" ... Onkoloji xəstələrdə qeyriadi simptomlar


Digərləri 10 Apr 2019 22:08:00 199 0

"Hərdən adlar, sözlər yaddan çıxırdı... Çay içəndə fincanı bir tərəfə əyirdim" ...  Onkoloji xəstələrdə qeyriadi simptomlar

Bəzən demək istədiyini unutmaq, nə etmək istədiyini bilməmək, çay içəndə əlin titrəməsi, fincanın əyilməsi kimi ilk baxışdan əhəmiyyətsiz simptomlar sonradan onkoloji şiş aşkarlanan xəstələrin xatırladıqları məqamlardır.

Son.az medicina.az-a istinadən bildirir ki, London Kral Kollecinin həkimləri xərçəng xəstələrinin xəstəlik tarixçələrini qeydə alaraq, onların diaqnoz qoyulandan öncə özlərində hiss etdikləri qeyri-adi əlamətləri toplayıblar.

Stress, qocalıqla səhv salınan xərçəng

Xəstələrin çoxu onlarda baş verən dəyişikliklərin yorğunluq, stress, yaşlanma ilə bağlı olduqlarını  düşünüblər. Ekspertlər 39 pasiyentlə söhbət aparıblar. Hər bir xəstə əhəmiyyət vermədiyi əlamətləri xatırlayıb. Bunlar o qədər kiçik şeylər olub ki, həkimə getməyə belə səbəb hesab edilməyib.

"Biz bu qeydləri açıqlamaqla diqqəti erkən diaqnostikaya yöməltmək istəyirik. Bu əlamətlər xəstəliyin işarəsi ola bilər. Ən kiçik detal, dəyişiklik belə diqqətdən qaçmamalıdır" -deyə tədqiqatşılar bildirib.

Bir çox xəstələrin hekayələri, əlamətləri hətta oxşardır:

"Çay içəndə mənə elə gəlirdi ki, fincanın bir tərəfi əyilir, əsir - deyə 63 yaşlı qadın yada salır- Amma mənim ağlıma gəlməzdi ki, xərçəng var. Elə bilirdim qocalıqdandır".

"Mən çox yorulurdum. Əvvəlki kimi işləyə bilmirdim. Hamı yorğunluqdan şikayət edirdi"-  33 yaşlı pasiyent deyir.