Təyyarədən bir neçə milyon avro qarət olunub


Digərləri 10 Apr 2019 21:50:00 214 0

Təyyarədən bir neçə milyon avro qarət olunub

Avstriya Hava Yollarına məxsus təyyarədən bir neçə milyon avro qarət olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə aprelin 9-da Albaniyanın paytaxtı Tiranadan Vyanaya yola düşməli olan təyyarədə baş verib. Üzləri maska ilə örtülmüş üç silahlı şəxs uçuşa hazırlanan təyyarəyə yaxınlaşaraq, baqaja yüklənən bank vəsaitlərini ələ keçirib. Hadisə zamanı sərnişinlərə və heyət üzvlərinə heç bir xətər toxunmayıb. Ərazidən uzaqlaşmağa çalışan soyğunçulardan biri polislə atışma nəticəsində öldürülüb.

Polisin mətbuata ilkin məlumatında iki milyon avronun oğurlandığı bildirilsə də, sonradan bu məlumat təkzib edilib. Mətbuata sızan məlumatlara görə, oğurlanan vəsaitin məbləği bu rəqəmdən beş dəfə çox olub.