Avstraliyada supermarketlər şəbəkəsi okeana atılan arabalara görə cərimələnə bilər


Digərləri 10 Apr 2019 21:43:00 247 0

Avstraliyada supermarketlər şəbəkəsi okeana atılan arabalara görə cərimələnə bilər

Avstraliyanın Oqasta limanı şəhər şurası sahil sularından çıxarılan 500-dən çox ticarət arabasına görə supermarketlər şəbəkəsini böyük məbləğdə cərimə ilə hədələyib.

Ölkənin cənubundakı Spenser körfəzində batırılmış ticarət arabalarının çıxarılmasına 2018-ci ildən başlanılıb. Lakin sonradan məlum olub ki, bu, çox böyük təbii fəlakətdir. Belə ki, sualtı çəkilişlər zamanı Oqasta limanında suyun dibində arabalardan əmələ gəlmiş böyük maneələrin olduğu meydana çıxıb. Həmin arabalar burada hətta gəmilərin hərəkətinə və insanların istirahətinə böyük təhlükə yaradır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bəzi yerlərdə arabaların əmələ gətirdiyi təpələrin hündürlüyü 6 metrə çatır və okeanın çəkilməsi zamanı suyun üzərində onları görmək mümkündür.

Oqasta limanı bələdiyyəsi arabaların çıxarılması üçün 40 min Avstraliya dollarının (təqribən 28,4 min ABŞ dolları) lazım olduğunu hesablayıb.