Azərbaycanda keçirilən rəy sorğusunun nəticələri xalqımızın Prezidentə etibarının və inamının bariz göstəricisidir


Digərləri 10 Apr 2019 21:50:00 186 0

Azərbaycanda keçirilən rəy sorğusunun nəticələri xalqımızın Prezidentə etibarının və inamının bariz göstəricisidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan siyasi kurs beynəlxalq aləmdə Azərbaycanın yeni imicini formalaşdırıb.

Bakı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan siyasi kurs beynəlxalq aləmdə Azərbaycanın yeni imicini formalaşdırıb. Bu gün Azərbaycan dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kursu və tarixi ənənələrə sadiq, milli kimliyinə, mədəni irsinə sahib çıxan ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət, azərbaycançılıq ideologiyası dövlət və vətəndaş birliyinin sarsılmazlığına söykənir. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bütün sahələrdə, eləcə də xalqımızın bütün təbəqələrinin yaşayışına müsbət təsir edir. Qürurla deyə bilərik ki, Azərbaycan digər dövlətlər üçün nümunədir. Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov Trend-ə müsahibəsində deyib.