"WiFi"yən sürətini artırmaq üsulları açıqlanıb


Digərləri 10 Apr 2019 21:37:00 260 0

"WiFi"yən sürətini artırmaq üsulları açıqlanıb

Ekspertlər internetin sürətini artırmağa kömək edəcək 8 üsul açıqlayıblar. Bu haqda Britaniyanın "The Sun" tabloidi məlumat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onların sözlərinə görə, internet qoşulmanın sürətinə bir neçə amil təsir edə bilər: routerin yerləşməsi, divarların qalınlığı, mebel və hətta insanların sayı.

İnternet səhifələrin donması ilə qarşılaşmamaq üçün, ilk növbədə brauzerin keşini təmizləmək və proqram təminatını yeniləmək lazımdır. Həmçinin mütəxəssislər marşrutlayıcını daha yüksəkdə yerləşdirməyi məsləhət görürlər, çünki belə olan halda siqnal daha yaxşı yayılır. Bununla belə onlar qeyd ediblər ki, routeri şüşənin yanında yerləşdirmək tövsiyə edilmir.