“Diqlas”dakı yanğından zərər çəkən daha 70 sahibkara yardım edilib


Digərləri 10 Apr 2019 21:20:17 238 0

“Diqlas”dakı yanğından zərər çəkən daha 70 sahibkara yardım edilib

Yanğından zərər çəkmiş sahibkarlara dövlət dəstəyi tədbirləri davam etdirilir

Bakı. Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, indiyədək 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 mln. 146 min manat ödənilməsi qərara alınıb. Bu gün daha 70 zərər çəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərər çəkmiş sahibkara 1 mln. 142 min manat məbləğində maddi yardım ödənilib.