ABŞın İran ordusu barədə qərarı dünyada birmənalı qarşılanmayıb


Dünya 10 Apr 2019 21:12:00 227 0

ABŞın İran ordusu barədə qərarı dünyada birmənalı qarşılanmayıb

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına daxil etməsi beynəlxalq aləmdə birmənalı qarşılanmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ilk olaraq Türkiyə, Yaponiya və Suriya İran ordusunun əsas hissəsi olan Sepahı terror təşkilatı kimi tanımayacaqlarını bildiriblər.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də açıqlama yayaraq bəyan edib ki, bu məsələ yalnız ABŞ və İrana aiddir. Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin İran ordusunu terror təşkilatları siyahısına salmaq xahişini rədd edib. Açıqlamadan aydın olur ki, rəsmi London ABŞ-ın mövqeyi ilə razılaşmayacaq.