Oktay Kaynarcadan Süleyman Çakır PAYLAŞIMI VİDEO FOTO


Digərləri 10 Apr 2019 21:18:00 237 0

Oktay Kaynarcadan Süleyman Çakır PAYLAŞIMI  VİDEO  FOTO

Məşhur aktyor Oktay Kaynarca illər öncə "Kurtlar Vadisi" serialında canlandırdığı Süleyman Çakır rolunun ölüm ildönümü ilə bağlı özəl video paylaşıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktyor paylaşımı ilə pərəstişkarlarına təşəkkür edib. Kaynarca videosunu Çakırın ən məşhur hərəkəti ilə bitirib.

Oktay Kaynarca "Kurtlar Vadisi" serialındakı yaşadığı hisslərdən bəhs edib:

"Bu gün səhər saatlarında telefonu götürdüm və baş sağlığı mesajlarını görəndə "eyvah" dedim. Mesajı açanda isə həqiqəti öyrəndim. Sən demə, Süleyman Çakırın ölüm ildönümü imiş. 15 il sonra nələrisə deyə bilərəm. Dünyada yeganə millətik ki, film obrazının meyit namazını qılıb ölüm ildönümünü qeyd edirik. Bu da mənim qismətimə düşüb.