Bakıda maşının vurduğu qadın xəstəxanada öldü


Digərləri 10 Apr 2019 20:28:35 184 0

Bakıda maşının vurduğu qadın xəstəxanada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda olub. Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Əsədullayev Xəqani Vidadi oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yolu keçən piyada qadını vurub.