Bu yağları istifadə etməyin


Digərləri 10 Apr 2019 18:54:00 274 0

Bu yağları istifadə etməyin

Heyvan və bitki mənşəli olan yağlar ayrı-ayrılıqda faydalıdır. Amma mütəxəssislər qarışıq tərkibli yağların insan orqanizmi üçün həddindən artıq ziyanlı olduğunu düşünür. Türkiyənin tanınmış həkimi Dr. Alpaslan Tanoğlu hesab edir ki, qarışıq tərkibli yağlardan istifadə edən insanlarda infarkt keçirmə riski üç qat daha çoxdur. Mütəxəssis hesab edir ki, bu yağlar daha gənc yaşlarda ürək böhranı və ölüm riskinə səbəb olur. Bəs görəsən qarııq tərkibli yağların ziyanı nədir?

Son.az foodinfo.az-a istinadən mütəxəssis rəylərinə uyğun olaraq bu yağların ziyanları barəsində araşdırmanı təqdim edir:

Qarışıq tərkibli yağlarda insan bədəninə lazım olan zəruri yağ turşuları olmur. Məhz buna görə də öncə bədəndə yağ tarazlığını pozur, xolesterolun səviyyəsinin artırmasına gətirib çıxarır. Bu isə ürək-damar problemlərinin başlanğıc nöqtəsidir.

Amma zərərli təsirlərinə baxmayaraq, hal-hazırda bu cür yağların istifadəsi geniş yayılıb. Səbəb isə qiymətinin ucuz olmasıdır.