Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib FOTO


Digərləri 10 Apr 2019 18:59:00 271 0

Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib  FOTO

Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub.

Son.az bildirir ki, ADA Univesitetindən Trend-ə verilən məlumata görə, "Macarıstan Xidmətlərinə görə Komandor Xaçı"nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib.

ADA Univesitetində keçirilən mərasimdə macar səfiri ölkəsinin prezidenti Yanoş Aderin adından təbrikləri və mükafatı təqdim edərkən vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.

Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O, deyib: "Vacibdir ki, hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirək ki, gələcəyimiz əmin əllərdə olsun."


Xəbərə aid fotolar