BDU-nun 100 illiyinə həsr olunmuş astrofestival keçirilib (FOTO)


Digərləri 10 Apr 2019 18:24:00 291 0

BDU-nun 100 illiyinə həsr olunmuş astrofestival keçirilib (FOTO)

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş astrofestival keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş astrofestival keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi (RUGIM) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı şəhəri məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinin iştirakçılarının düzəltdiyi 100 ədəd kosmik gəmi maketləri, kosmik geyimlər və həvəskar astronomların foto sərgisi nümayiş etdirilib.