Komitə: Yanğından əziyyət çəkmiş 23 məcburi köçkün ailəsinə kirayə pulu veriləcək (FOTO)


Digərləri 10 Apr 2019 18:11:00 260 0

Komitə: Yanğından əziyyət çəkmiş 23 məcburi köçkün ailəsinə kirayə pulu veriləcək (FOTO)

Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək.

Bakı. Elçin Mehdiyev - Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək. Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitə bildirib ki, xəbər alındıqdan dərhal sonra Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Komitəsinin sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.