Kirayə qaldığı mənzilin seyfini yardı


Kriminal 10 Apr 2019 18:02:00 227 0

Kirayə qaldığı mənzilin seyfini yardı

Gəncə sakini Goranboyda kirayə qaldığı mənzilin seyfini yarıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 317 ABŞ dolları olan seyfi oğurlamaqda şübhəli bilinən, orada kirayənişin qalan Gəncə şəhər sakini S.Məmmədov saxlanılıb.