"Azercell" ödənişsiz göz müayinələrinin təşkilinə davam edir


Digərləri 10 Apr 2019 18:03:00 200 0

"Azercell" ödənişsiz göz müayinələrinin təşkilinə davam edir

Azərbaycanın mobil rabitə bazarında lider mövqedə qərarlaşan Azercell şirkətinin təşkil etdiyi ödənişsiz tibbi müayinələrdən minlərlə insan faydalanıb.

Bakı. Azərbaycanın mobil rabitə bazarında lider mövqedə qərarlaşan Azercell şirkətinin təşkil etdiyi ödənişsiz tibbi müayinələrdən minlərlə insan faydalanıb. "Azercell"dən Trend-ə verilən məlumata görə, şirkətin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” 2011-ci ildən etibarən bu müayinələri davamlı olaraq keçirməkdədir. Klinika tərəfindən 3 aprel 2019-cu il tarixində, Pereküşkül qəsəbəsi, hərbi şəhərciyin ərazisində yerləşən l saylı tam orta məktəbə növbəti səfər təşkil edilib. Səfər çərçivəsində 52 nəfərin müayinəsi aparılıb, ehtiyacı olanlara müalicə təyin olunub, optik eynəklər paylanılıb.