Bakcell şirkəti para cüdo idman növü üzrə beynəlxalq QranPri yarışının rəsmi tərəfdaşı oldu


Digərləri 10 Apr 2019 17:53:00 363 0

Bakcell şirkəti para cüdo idman növü üzrə beynəlxalq QranPri yarışının rəsmi tərəfdaşı oldu

Bakcell şirkəti 13-14 may tarixlərində Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı oldu. Şirkət ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi arasında bu barədə razılıq əldə edilib. 

Son.az xəbər verir ki, razılığa əsasən, Bakcell şirkəti yarışların rəsmi tərəfdaşı olaraq tədbirin keçirilməsinə dəstək göstərəcək. 

Qeyd edək ki, may ayında Bakıda keçiriləcək yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.