Bakıda qanunsuz toyuq sexi aşkarlandı FOTO


Digərləri 10 Apr 2019 17:55:00 258 0

Bakıda qanunsuz toyuq sexi aşkarlandı  FOTO

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində monitorinqlər keçirilib və qəsəbədə  Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, anti-sanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı müəyyən olunub.

Eyni zamanda, qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar olunub.


Xəbərə aid fotolar