Bakıda 1 ton kələm oğurlandı


Kriminal 10 Apr 2019 17:32:00 247 0

Bakıda 1 ton kələm oğurlandı

Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən kələm məhsulu oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıblar.