Daşqınlar 3 min ton balığı məhv etdi


Dünya 10 Apr 2019 17:36:00 314 0

Daşqınlar 3 min ton balığı məhv etdi

Leysan yağışlar və daşqınlar İranın balıqyetişdirmə müəssisələrinə ümumilikdə 4 trilyon rial (təxminən 95 milyon dollar) ziyan vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Balıqçılıq Təşkilatının su canlılarının yetişdirilməsi üzrə sədr müavini Hüseyn Abdullahi deyib.

H.Abdullahinin sözlərinə görə, 3 min ton balıq məhv olub.