Musa Yaqub və Vaqif Bayatlının ailələri bir qrup yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildiriblər


Digərləri 10 Apr 2019 17:32:00 167 0

Musa Yaqub və Vaqif Bayatlının ailələri bir qrup yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildiriblər

Şairlər Musa Yaqub və Vaqif Bayatlının ailələri onların səhhəti ilə bağlı bir qrup yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildiriblər.

Bakı. Elçin Mehdiyev – Şairlər Musa Yaqub və Vaqif Bayatlının ailələri onların səhhəti ilə bağlı bir qrup şair və yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildiriblər. Bunu Trend-ə açıqlamasında şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov və Vaqif Bayatlının həyat yoldaşı Tamam Bayatlı deyib. Ş.Yaqub bildirib ki, atasının səhhəti Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.