Azərbaycanda falçıların başına oyun açan şəxslərlə bağlı


Digərləri 10 Apr 2019 17:27:00 242 0

Azərbaycanda falçıların başına oyun açan şəxslərlə bağlı

Azərbaycanda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən "XəbərFakt.com" internet informasiya portalının baş redaktoru Fariz Yəhyayev, həmin portalının redaktoru İpək Məmmədova, "Presedent" qəzeti və "XəbərFakt.com" internet informasiya portalının xüsusi müxbiri vəzifəsində işləmiş İlkin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, "Presedent" ictimai-siyasi, hüquq qəzetinin və "XəbərFakt.com" internet informasiya portalının baş redaktoru Fariz Yəhyayev 2014-cü ilin iyul-avqust aylarında qeyri-rəsmi nikahda yaşadığı, rəhbəri olduğu qəzetin redaksiyasında və internet informasiya portalında redaktor vəzifəsində işləyən İpək Məmmədova ilə birlikdə dələduzluq edib.

Qadının etibarını necə qazandılar?

Fariz Yəhyayev Lənkəran rayonunun Göyşaban kənd sakini Rəsmiyyə Rüstəmovaya özünü "Presedent" qəzetinin baş redaktoru, İpək Məmmədovanı isə həmin qəzetin əməkdaşı kimi təqdim edib. Onlar Rəsmiyyə Rüstəmova ilə tanış olub, onun etibarını qazanıblar.

Onlar KİV nümayəndələri kimi geniş imkanlara malik olduqlarını, 2000 manat müqabilində Rəsmiyyə Rüstəmovanın evini ziyarətgah və şəfa ocağı kimi dövlət səviyyəsində mətbuat vasitəsi ilə tanıdacaqlarını, bundan sonra sonuncuya dövlət tərəfindən hər ay 200 manat məvacib kəsiləcəyi barədə yalan vəd veriblər.

"Şəfa ocağı" fəxri diplomu

Cütlük qadını aldadaraq ona "Presedent" qəzeti adından tərtib edilmiş "Şəfa ocağı" fəxri diplomunu təqdim edib və ondan 2000 manat alıb.

Bundan başqa, Fariz Yəhyayev və İpək Məmmədova Cəlilabad rayonunda Eyvaz Məmmədovun yaşadığı ünvana gəlib, özlərini "Presedent" qəzetinin əməkdaşları kimi təqdim ediblər, onun həyat yoldaşı Səmayə Məmmədovanın falçılıqla məşğul olması barədə onlarda məlumatlar, eyni zamanda şikayət olduğunu, saytda onun barəsində rüsvayedici məlumatlar yayacaqlarını bildiriblər.

Falçı niyə təltif edilib?

Təqsirləndirilən şəxslər Eyvaz Məmmədovdan 500 manat tələb ediblər, pul veriləcəyi halda rüsvayedici məlumatları yaymayacağı və fəxri diplomla təltif edəcəklərini bildiriblər.

Eyvaz Məmmədov arvadı barəsində rüsvayedici məlumatlar yayılacağından və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq onlarla 400 manat verməyə razılaşıb.

Daha sonra onlar Masallı rayonunun Ərkivan qəsəbəsində Nailə Həsənovaya özlərini jurnalist kimi təqdim edib, ailəsindən ayrılaraq atası evinə gəlmiş qızı Xədicə Həsənovanın ərinin valideynlərindən daxil olmuş şikayətlə əlaqədar gəldiklərini bildiriblər.

Boşanan qadının anası şantaj edildi

Söhbət əsnasında kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkan sahibi olmaları, 2000 manat pulun müqabilində Xadicə Həsənovanın boşanma prosesinə Bakı şəhərində Qadınlar Şurası vasitəsi ilə müdaxilə edib, əmlakın bölünməsini və uşaqların anası ilə qalamsını təmin etdirəcəkləri barədə yalan vəd veriblər, Nailə Həsənovanın 400 manat pulunu alıblar.

Bundan başqa, Fariz Yəhyayev və İpək Məmmədova təqaüdə çıxarmaq adı ilə Göygöl sakinləri - Nəzakət Allahverdiyevadan 700, Gülnarə Məhərrəmovanın əri Hidayət Məhərrəmovdan 1360, Lətafət Həsənovadan 1520, Mübariz Məhərrəmovdan 1270, Mehman Teymurazovdan 1000, Alim Rzayev və onun oğlu Murad Rzayevdən 3000, Şəmkir sakinləri, Rəşad Minəxanovdan 1500, Əmir Mövlayevdən 800, Rasim Şamilovdan 1800, Hidayət Əliyevdən 1300 manat alıb.

Ata və oğula iş təklifi

Daha sonra Fariz Yəhyayev Kürdəmir rayonunun Karrar qəsəbəsində tanışı Şəmsəddin Əliyevin evində həmin qəsəbə sakini Bayraməli İsgəndərovu və kürəkəni Rövşən Hüseynovun hər birinə görə 400 manat pulun müqabilində Neft Şirkətində iş təşkil edəcəyi barədə yalan vəd verib, onların 800 manat pulunu alıb.

Bundan əlavə, onlar üzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tanımadıqları şəxslərdən kənddə yaşayan Züleyxa Misirovanın falçılıqla məşğul olması barədə məlumat alıb, sonuncunun yaşadığı evinə gəliblər.

Züleyxanın əməlləri, yoxsa "jurnalist"lərin şantajı

Onlar Züleyxa Misirovaya falçılıqla məşğul olması barədə diskdə yazılmış məlumatlar olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildiriblər.

Hədə-qorxu gəlməklə Züleyxa Misirovadan 100 manat tələb ediblər.

Züleyxa barəsində mətbuatda rüsvayedici məlumatlar yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxub. O, əri Azər Misirova zəng vuranda Fariz və İpək oranı tərk ediblər.

Falçıdan 35 manat qopardılar

Hər iki təqsirləndirilən şəxs falçılıqla məşğul olan Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kənd sakini Nahidə Əbilovanı şantaj edərək 500 manat tələb ediblər, sonda falçıdan 35 manat ala biliblər.

Digər falçı, Yuxarı Kürdmahmudlu sakini Zeynəb Dərgahova da Fariz və İpək tərəfindən şantaja məruz qalıb. Şantajçılar ondan 70 manat olan köz samovarı, 1000 manat pul alıblar.

Falçı Elnarənin əri də işə qarışdı

Lənkəranda falçılıqla məşğul olan Elnarə Mamişevaya da cütlüyün dələduzluq və şantajları ilə üzləşib.

Arvadı haqqında mətbuatda rüsvayedici məlumatlar getməməsi üçün Bəxtiyar Əlihəsənov onlara 200 manat verib.

Fariz və İpək Lənkəran rayonunun Parakənd kəndində falçılıq edən Şərafət İsayevanı da şantaj edib. Ondan 50 manat pul, iki ədəd toyuq alıblar.

Falçı Şahvələddən 2500 istədilər, 500 aldılar

Fariz və İpək həmin kəndə falçılıqla məşğul olan Şahvələd Məmmədovun da evinə gediblər. Onlar falçı kişi barəsində rüsvayedici məlumatlar olduğunu, həmin məlumatların yayılmaması üçün 2500 manat istəyiblər. Sonda falçıdan 500 manat ala biliblər.

Lənkəranın Kərgəlan kəndində falçılıq edən Hikayət Seyfullayevadan 500 manat istəyiblər. Şantaj olunduğunu görən qadın ərinə zəng vurub. Qadının zəng etdiyini görən Fariz və İpək aradan çıxıblar.

Fal açdırdılar, vəsiqə göstərdilər