ETSN: Tinglərin paylanılması ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır


Digərləri 10 Apr 2019 17:25:00 181 0

ETSN: Tinglərin paylanılması ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara təmənnasız ağac tinglərinin paylanması aksiyası davam edir.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara təmənnasız ağac tinglərinin paylanması aksiyası davam edir. Müşahidələr göstərir ki, əhali bu tədbirə böyük maraq göstərir və az bir vaxt içərisində minlərlə ting götürülür. Ağac tinglərinin paylanılmasında yaranan belə kütləvilik haqlı bir sual yaradır: paylanılan tinglərin hamısı əkilirmi və buna nəzarət mümkündürmü? Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova vətəndaşlara paylanılan ağac tinglərinin hamısının əkildiyinə ümid etdiyini bildirib: "Payladığımız ağacların 60-70 faizi belə əkilərsə və bitiş olarsa, bunun özü yüksək bir göstəricidir. Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur. Məqsədimiz ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır. Bu da ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır".