AzMİU-da İnşaatçılar gününə həsr olunmuş bilik yarışı keçirilib


Digərləri 10 Apr 2019 17:19:27 221 0

AzMİU-da İnşaatçılar gününə həsr olunmuş bilik yarışı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 10 aprel İnşaatçılar Gününə həsr olunmuş sayca 2-ci “Güc bilikdədir” adlı intellektual yarış keçirilib.

Bakı. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 10 aprel İnşaatçılar Gününə həsr olunmuş sayca 2-ci “Güc bilikdədir” adlı intellektual yarış keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Mətanət A” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə ərsəyə gələn intelektual yarışda universitetdən 7 komanda qalibiyyət uğrunda mübarizəyə qoşulub. Yarış öncəsi çıxış edən AzMİU THİK-in sədr müavini Şahmar Rəfili İnşaatçılar günü münasibəti ilə hər kəsi təbrik edib. O, yarışın keçirilməsində məqsədin tələbələrin intellektual səviyyələrinin, memarlıq tarixi barədə biliklərinin daha da artırılmasından ibarət olduğunu söyləyib. Sonra yarışın qaydaları haqqında komanda üzvlərini məlumatlandırıb, onlara uğurlar arzulayıb.