Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar


Digərləri 10 Apr 2019 16:51:00 64 0

Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar

Bir ömürdən geriyə qalan sadəcə quru bir başdaşı və bir cüt qərənfildir. O da əgər qismət olsa...

Söhbət kimsəsizlər qəbiristanlığından gedir. 

Son.az xəbər verir ki, oxu.az-ın əməkdaşları bu dəfə yolunu Bakının Suraxanı rayonu ərazisinin "Dədə Qorqud" massivində yerləşən, cəmiyyət arasında "kimsəsizlər məzarlığı" kimi tanınan qəbiristanlıqdan salıb.

Qarşımıza çıxan mənzərə qəbiristanlığın adının nə qədər doğru olduğunu sübut etməyə kifayət etdi. Buradakı qəbirlərlə yanaşı, ərazi özü də kimsəsiz idi. Məzarlıqda ilk qəbirlər təxminən 1990-cı illərin sonlarından etibarən peyda olmağa başlayıb.

Qəbiristanlıqda 200-dən çox kimsəsiz məzar var. Qəbiristanlığın ətrafı hasara alınıb. Məzarlar isə hər kəsin gördüyü məzarlardan çox fərqlənir. Ərazidə müşahidə aparan zaman bir neçə qəbirdaşına rast gəldik. Onlardan başqa, bütün qəbirlər sıra ilə nömrələnmişdi.

Nömrələnmiş həyatlar

Məzarlıq haqqında məlumat almaq istədik. Ətrafdakı mollardan biri bizi yaxınlıqdakı sexə yönləndirdi. Ordan isə bizə bildirdilər ki, ətraflı məlumat almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə müraciət etməliyik.

Daha sonra bir mollanın bir neçə qəbirin ətrafında dayanıb dua etdiyini gördük. Ona yaxınlaşıb məzarlıqla bağlı bir neçə sualımıza cavab tapmaq istədik. Əvvəl danışmaq istəməsə də, sonra dedi ki, burada dəfn olunan insanların çoxundan ailələri imtina edib.

Onun sözlərinə görə, qəbiristanlığın yuxarı tərəflərində xristianlar və digər millətlərdən olan kimsəsizlər dəfn olunub:

"Onların arasında "bomj"lar, həbsxanalarda dünyasını dəyişən, kimsəsizlər, qocalar evi, narkoloji dispanser və Maştağada yerləşən psixatriya xəstəxanasında dünyasını dəyişən şəxslər var

Ailələri tərəfindən atılan, şəxsiyyəti məlum olmayan, qohum-əqrəbası üzə çıxmayan, eləcə də, itkin düşən, yol qəzasında ölən şəxslər belə var. Eləsi var ki, yol qəzasında ölüb, üzərində heç bir sənəd olmayıb. Bir müddət morqda qalıb, maraqlanan olmadıqda isə burada dəfn olunub.

Bəzi qəbirlərin sahibləri məlum olduqdan sonra onlar həmin meyitlərin yerinin dəyişdirilməsi üçün müraciət ediblər. Eləsi də olub ki, yerini dəyişməyib, sadəcə, qəbir daşı qoydurub və üzərinə onun haqqında məlumat qeyd edib".

Qəbiristanlıqda sonuncu dəfn mərasimi bu gün olub. Bu gün daha bir sahibsiz insan nömrələnərək torpağa tapşırılıb.

Yeri gəlmişkən, burada məzarların böyük qisminin üzərində mərhumların adları yerinə kiçik dəmir lövhələr üzərində yazılan nömrələr vardı. Molla deyir ki, dəfn edilən insanların böyük əksəriyyətinin kimlikləri məlum deyil. Hətta bəzi məzarlarda bir neçə insanın meyiti üst-üstə dəfn edilib. 

Bəs kimsəsizlər şəriət qaydalarına uyğun dəfn edilirmi?

Mollanın sözlərinə görə, dəfn zamanı şəriət qaydaları o qədər də gözlənilmir:

"Qəbiristanlığa yeni meyit gətiriləndə dəfn mərasiminin vaxtına, tabutun bura gətirilməsinə müvafiq olaraq yer ayrılır və nömrələnir. Şəriət qaydalarına görə, meyitləri kəfəndə torpağa tapşırırıqsa, burada bəzən onları gətirilən tabutlarla birgə dəfn edirik. Bu qəbiristanlıqda dəfn prosesi üçün bütün xərclər dövlət hesabına ödənilir".

Rusiyanın Azərbaycana yeni hərbi attaşesi təyin edilib (FOTO) like
  • 10 Apr 16:50  
Digərləri Rusiyanın Azərbaycana yeni hərbi attaşesi təyin edilib (FOTO)

Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni

arrow Ətraflı
Milli Məclisin deputatı NATO-nun seminarında iştirak edəcək like
  • 10 Apr 16:47  
Digərləri Milli Məclisin deputatı NATO-nun seminarında iştirak edəcək

Milli Məclisin deputatı Kamran Bayramov Türkiyənin Antalya şəhərində sə

arrow Ətraflı
ANSin ulduzu ərə gedir like
  • 10 Apr 16:46  
Şou-biznes ANSin ulduzu ərə gedir

Müğənni Mina Hüseyn ailə qurmağa hazırlaşır.

arrow Ətraflı
Mourinyonun Fransada nə işi var? like
  • 10 Apr 16:43  
İdman Mourinyonun Fransada nə işi var?

Joze Mourinyo karyerasını Fransada davam etdirə bilər.

arrow Ətraflı
Antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb (FOTO) like
  • 10 Apr 16:42  
Digərləri Antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb (FOTO)

Agentliyin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitorinqlər ke

arrow Ətraflı
Pərvin Abıyevanın "bədəninə cin girdi" like
  • 10 Apr 16:42  
Şou-biznes Pərvin Abıyevanın "bədəninə cin girdi"

Türkiyəyə köçən azərbaycanlı aktrisa Pərvin Abıyeva qorxu janrında ç

arrow Ətraflı
Buraxılış imtahanlarının materialları necə yoxlanılır? like
  • 10 Apr 16:39  
Digərləri Buraxılış imtahanlarının materialları necə yoxlanılır?

Məlum olduğu kimi, 2019-cu ilin mart ayı ərzində Dövlət İmtahan Mərkəz

arrow Ətraflı
Azərbaycan martda gündəlik 798 min barrel neft hasil edib like
  • 10 Apr 16:39  
Digərləri Azərbaycan martda gündəlik 798 min barrel neft hasil edib

Gündəlik 586 min barrel xam neft, 84 min barrel kondensat, 19,7 min barrel is

arrow Ətraflı
“Saakaşvili qorxaqdır, Gürcüstana qayıtsa, həbs olunacağını bilir” like
  • 10 Apr 16:37  
Digərləri “Saakaşvili qorxaqdır, Gürcüstana qayıtsa, həbs olunacağını bilir”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vətəninə qayıtmayacaq, onu

arrow Ətraflı
Jurnalistlər arasında yazı müsabiqəsi elan edilib like
  • 10 Apr 16:36  
Digərləri Jurnalistlər arasında yazı müsabiqəsi elan edilib

“Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rol

arrow Ətraflı
Göyçayda it qapan kişi öldü like
  • 10 Apr 16:33  
Digərləri Göyçayda it qapan kişi öldü

Göyçay rayon sakini sahibsiz it hücumuna məruz qalıb.

arrow Ətraflı
Ombudsmanın nümayəndəsi Sağlamlıq Gününə həsr olunan tədbirdə iştirak edib like
  • 10 Apr 16:30  
Digərləri Ombudsmanın nümayəndəsi Sağlamlıq Gününə həsr olunan tədbirdə iştirak edib

Sağlamlığın qorunması hər kəsin fiziki sağlamlığının möhkəmləndir

arrow Ətraflı
Putin azərbaycanlını mükafatlandırdı  FOTO like
  • 10 Apr 16:30  
Digərləri Putin azərbaycanlını mükafatlandırdı FOTO

Soydaşımız Ruslan Bayramov "Vətən qarşısında xidmətlərə görə&q

arrow Ətraflı
Qazax  Gəncə yolunda saxlanılan "VAZ"dan 18 800 "King" tapıldı  FOTO like
  • 10 Apr 16:28  
Digərləri Qazax Gəncə yolunda saxlanılan "VAZ"dan 18 800 "King" tapıldı FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə &

arrow Ətraflı