Nazirlikdə məktəbdəki intihar hadisəsi ilə bağlı iclas keçirildi


Digərləri 10 Apr 2019 16:53:00 198 0

Nazirlikdə məktəbdəki intihar hadisəsi ilə bağlı iclas keçirildi

Yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Bakı. Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.