Göyçayda it qapan kişi öldü


Digərləri 10 Apr 2019 16:33:00 230 0

Göyçayda it qapan kişi öldü

Göyçay rayon sakini sahibsiz it hücumuna məruz qalıb.

Son.az oxuaz-a istinadən xəbər verir ki, Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Quliyev Qoşqar Əvəz oğlunu it qapıb.

Q.Qoşqar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Ona ilkin quduzluq diaqnozu qoyulub. Həkimlərin yardımına baxmayaraq, Q.Quliyev dünyasını dəyişib.