“Saakaşvili qorxaqdır, Gürcüstana qayıtsa, həbs olunacağını bilir”


Digərləri 10 Apr 2019 16:37:00 237 0

“Saakaşvili qorxaqdır, Gürcüstana qayıtsa, həbs olunacağını bilir”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vətəninə qayıtmayacaq, onu burada həbs gözləyir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Gürcü arzusu -demokratik Gürcüstan" hakim partiyasının sədri Bidzina İvanişvili "İmedi" telekanalında "Pirispir" proqramında qonaq olarkən bildirib.

"O, (Saakaşvili-red.) sadəcə qorxaq insandır. Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır", - İvanişvili söyləyib.