Məktəblinin intiharı ilə bağlı nazirlikdə


Digərləri 10 Apr 2019 16:20:00 198 0

Məktəblinin intiharı ilə bağlı nazirlikdə

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Son.az xəbər verir ki, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.