Azərbaycanın səfirin saatının oğurlanması xəbəri təsdiqini tapdı


Kriminal 10 Apr 2019 16:23:48 212 0

Azərbaycanın səfirin saatının oğurlanması xəbəri təsdiqini tapdı

Belarus Daxili İşlər Nazirliyi Minsk Milli Hava Limanında Azərbaycanın Qazaxıstandakı səfiri  Rəşad Məmmədovun saatının oğurlanması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbə verir ki, açıqlamada bildirilir ki, hadisə bu il martın 17-də baş verib:

"Azərbaycanın Qazaxıstandakı səfiri saatını biznes-zalda unudub. Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı "tərk edilmiş" əmlakı götürüb. Faktla bağlı müraciətdən sonra cinayət istintaq əməkdaşları bir neçə saat ərzində şübhəlinin kimliyini müəyyənləşdirərək oğurlanmış əşyanı geri qaytarıblar. Həmin şəxs barəsində isə Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi açılıb".