Cavid Qurbanov: BTQ Çinlə Avropa arasında ən qısa marşrutdur


Digərləri 10 Apr 2019 16:25:00 223 0

Cavid Qurbanov: BTQ Çinlə Avropa arasında ən qısa marşrutdur

Seulda Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirilib

Bakı. “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən ofisində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının prezidenti Son Byonq Sokun arasında goruş kecirilib. QSC-dən Trend-ə verilən məlumata görə, geniş nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Son Byonq Sok çıxış edərək Koreya Milli Dəmir Yolları Korporasiyasının Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olmasına göstərdiyi dəstəyə və DYƏT Baş Direktorlar Konfransının XXXIV iclasında iştiraka görə Cavid Qurbanova təşəkkürünü bildirib. İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.